Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə

31 12 2015

Dəyərli rabitəçilər!

 

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edirəm.

 

İnformasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ölkəmizdə dövlət siyasətinin prioritetlərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizdə İKT-nin inkişafına böyük diqqət və qayğı göstərir.

 

Bu istiqamətdəki hədəflərə elektron hökumətin formalaşması, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması kimi fundamental məsələlər daxildir. Məhz bu yanaşma ölkəmizin qlobal informasiya cəmiyyətinin aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.

 

Bir daha bayramınızı təbrik edir, hər birinizə işlərinizdə uğurlar, ailənizə firavanlıq arzulayıram!

 

Ramin Quluzadə

 

Rabitə və yüksək texnologiyalar naziri səlahiyyətlərini icra edən