İdarəetmə Qrupu

TASİM-in reallaşdırılması üçün 2010-cu ilin aprel ayından  etibarən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kiçik və effektiv işçi komandadan ibarət layihə idarəetmə qrupu yaratmışdır.

İdarəetmə Qrupu beynəlxalq məsləhətçi şirkət (Booz&Co) ilə əməkdaşlıq edərək layihənin ilkin biznes konsepsiyasını hazırlamış, aparıcı regional dövlətlər və operatorlarla birgə TASİM konsorsiumun yaradılmasını müzakirə etmişdir.

Eyni zamanda, layihənin idarə edilməsində biznez, texniki və hüquq sahələri üzrə tanınmış beynəlxaq məsləhətçilərlə əməkdaşlıq edilir.


 Heyət:

 Zaur HƏSƏNOV

İdarəetmə qrupunun rəhbəri

Cənab Həsənov ABŞ-ın San Jose Dövlət Universitetində “Business emphasis of mass communications” ixtisası üzrə Magistr dərəcəsi almışdır.

2003-2006-cı illərdə Azərbaycanın ilk Neft bumu və Qafqazın hazırki tarixi haqqında 6 sənədli filimin müəllifi olub.

CənabZaur Həsənov telekommunikasiya sektoruna müxtəlif illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr Şöbəsində cəlb edilmişdir.

O, Nazirlik tərəfindən irəli sürülən e-hökumət, “Milli Genişzolaqlı Şəbəkə” təşəbbüslərində tənzimləmə və dövlət siyasəti səviyyəsində iştirak etmişdir.

Həsənov RİTN-nə dək ABŞ-ın Silikon Dərəsində Nazirliyin nümayəndəsi kimi çalışmışdır. O, Birləşmiş Ştatların və Azərbaycanın yüksək texnologiya şirkətləri ilə vasitəçi kimi, Azərbaycan hökuməti üçün e-hökumət, onlayn ödəniş sistemlərinin yaradılmasına və kredit reytinqi institutlarını inkişafının layihəyələndirilməsinə kömək etmişdir.

Cənab Həsənov 2013-cü ildən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin direktoru vəzifəsində çalışır.

Türk, İngilis və Rus dillərini bilir.

 

Email: zaur.hasanov[at]mincom.gov.az

             

 


Fikrət Paşayev

Baş məsləhətçi

Moskva Dövlət Universitetində bakalavr, magistr və siyasi iqtisadiyyat elmləri üzrə fəsəfə doktoru (Ph.D.) (Dissertasiya işi: Transmilli Korporasiyalar və firmalararası əlaqələrin inkişafı) dərəcəsi almışdır. Beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq ticarət və investisiyalar, transmilli korporasiyalar, qloballaşma və regional əməkdaşlıq, davamlı inkişaf, enerji geosiyasəti sahələrində tədqiqatlar aparır.

Xəzər Universitetində (Bakı, Azərbaycan) “Azərbaycanın Xarici İqtisadi Siyasəti”, “Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Azərbaycan üçün ticarət imkanları”, “Qlobal Enerji Təhlükəsizliyi kontekstində Xəzər Enerji Geosiyasəti”, “Transmilli Şirkətlər və birbaşa xarici investisiyalar”, o cümlədən “Xəzər regionunda biznesin aparılması” mövzuları üzrə mühazirə kursları aparmışdır.

Müxtəlif qəzetlərdə, jurnallarda və tədqiqat işlərində 30 nəşrin, həmçinin “Transmilli Korporasiyalar və firmalararası əlaqələrin inkişafı” adlı kitabın müəllifidir.

1992-2007-ci illər ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində diplomatik xidmətdə olmuş və Birinci Dərəcəli Müşavir diplomatik rütbəsi almışdır.

1995-1999-cu illər ərzində Birləşmiş Millətlər Təşkilatı nəzdində Azərbaycan Respublikasının Daimi Nümayəndəliyində (Nyu York şəh.) və 2002-2006-cı illər ərzində isə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində (Vaşinqton şəh.) iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışmışdır.

Beynəlxalq iqtisadi münasibətlər sahəsində zəruri bilik və təcrübəyə malikdir. Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olması ilə bağlı danışıqların aparılması üzrə İşçi qrupun üzvü olmuş, müxtəlif təşkilatlarda- ÜTT, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), UNCTAD beynəlxalq ticarət və investisiyalar haqqında təşkil olunan seminarlar və simpoziumlarda iştirak etmişdir.

2011-ci il tarixindən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin Katibliyində Beynəlxalq əlaqələr üzrəBaş müşavir vəzifəsində çalışır.

Türk, İngilis, Rus və Fransız dillərini bilir.

 

Email: fikret.pashayev[at]mincom.gov.az

          

 


 Rasim SƏFƏROV

Dövlət orqanları ilə əlaqələr üzrə mütəxəssis

Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə ali peşə istiqaməti üzrə bakalavr pilləsini “Menecment ixtisası” üzrə “Fərqlənmə diplomu” ilə MBA proqramının (Master of Business Administration) İqtisadiyyat və idarəetmə ali peşə istiqaməti üzrə magistr dərəcəsini “Fərqlənmə diplomu” ilə bitirmişdir.

Biznesin təşkili və idarə edilməsi sahəsində zəruri bilik və bacarığa malikdir. Müxtəlif dövrlərdə bu istiqamətdə bir sıra ixtisasartırma kursları və təlimləri uğurla bitirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” üzrə təşkil edilmiş ixtisasartırma kursunu, Dünya Ümid Beynəlxalq Azərbaycan Təşkilatının İngilis Dili Məktəbini, CRRC (Caucasus Research Resource Center) tərəfindən təşkil edilmiş “Layihənin Xərc-Gəlir təhlili” mövzusu üzrə kursu, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Birləşmiş Ştatların İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş “Beynəlxalq Maliyyə Hesabatları Standartları” mövzusu üzrə kursu, Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən təşkil edilmiş “Strateji İdarəetmə”, “Biznes görüşlərin hazırlanması və keçirilməsi”, “Təqdimat vərdişləri” və “İşgüzar etika” mövzuları üzrə kursları, Şəffaflıq Azərbaycan Təşkilatı və Bakı Fond Birjası tərəfindən təşkil edilmiş “Azərbaycan Biznesində Korporativ İdarəetmə və Şəffaflıq Problemləri” mövzusu üzrə kursu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsinə QHT Resurs və Təlim Mərkəzində təşkil edilən“Qeyri-Hökumət Təşkilatlarının İdarə edilməsi” mövzusu üzrə kursu uğurla bitirmişdir.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsində Layihələr üzrə koordinator vəzifəsində çalışmışdır.

2005-ci ildə “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzində Beynəlxalq Maliyyə Korporasiyasının, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dünya Bankının sifarişi ilə həyata keçirilən sorğu-qiymətləndirmə layihələrindəsosial-iqtisadi məsələlər üzrə ekspert işləmişdir.

2006-2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş məsləhətçi, 2007-2009-cu il tarixində sektor müdiri (2-ci dərəcə dövlət qulluqcusu), 2009-2012-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Sector müdiri, (2-ci dərəcə dövlət qulluqçusu) vəzifəsində çalışmışdır.

2012-ci il tarixindən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsində Dövlət orqanları ilə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır.

Türk, İngilis və Rus dillərini bilir.

 

 

Email: rasim.safarov[at]mincom.gov.az

             


Füzuli Gülməmmədli

Beynəlxalq əlaqələr üzrə mütəxəssis

“Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” vasitəsilə İngiltərənin Mançester Universitetində “İnkişaf üçün İKT” ixtisası üzrə Magistr dərəcəsi almışdır.

2009-2013-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlı Qruplar fakultəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasını “Fərqlənmə diplomu” ilə bitirərək bakalavr dərəcəsinə yiyələnmişdir.

2011-2012-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycanda e-Bələdiyyələrin yaradılması üzrə layihə”də çalışmışdır.

2012-2013-cü illər ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsində iş təcrübəsi keçmişdir. Eləcə də, tələbə olduğu dövrlərdə Rabitə və Yüksək Texnologiya Nazirliyinin həyata keçirdiyi bir sıra tədbirlərdə (Bakutel sərgisi, Regional Rabitə Birliyi təşkilatının görüşləri və s.) dəfələrlə könüllü olaraq iştirak etmişdir.

2015-ci il tarixindən Azərbaycan Respublikası Yüksək Texnologiyalar Nazirliyinin “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin Katibliyində Beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır.

Türk, İngilis və Rus dillərini bilir.

 

Email: fuzuli.gulmammadli[at]mincom.gov.az

            

 


Kamal Mənsimli

Veb sayt inzibatçısı

Kamal Mənsimli Odlar Yurdu Universitetinin “Maliyyə və kredit” -“iqtisadçı” ixtisası üzrə “Fərqlənmə diplomu” ilə bitirmişdir. O, ikinci ali təhsili isə Azərbaycan Texnologiya Universitetində İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə “Fərqlənmə diplomu” ilə bitirmişdir.

2004-cü ildə Şamaxı rəsədxanasında iqtisadçı vəzifəsində işləmişdir.

2005-ci ildə “Sinam” şirkətində İT mühəndis vəzifəsində işləmişdir.

2006-2008-ci illərdə “AloTel” şirkətində Marketinq meneceri vəzifəsində işləmişdir.                    

2009-ci ildə Bakı Maliyyə Kollecində mühasib vəzifəsində işləmişdir.

2010-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nəzdində olan “Təhsil sisteminin inkişafı və praqnozlaşdırılması problemləri üzrə elmi tətqiqat laboratoriyası”nda iqtisadçı vəzifəsində işləmişdir.

2011-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun iqtisadçısı vəzifəsində işləmişdir.

2013-ci il tarixindən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsində təşkilati işlər üzrə mütəxəssis vəzifəsində çalışır.

Türk və Rus dillərini bilir.

 

Email: kamal.mansimli[at]mincom.gov.az

             kamal.mansimli[at]tasim.net

 

Qurbanova Yasəmən

Ofis menecer

 2004-2008-ci İllərdə Azərbaycan Dillər Universitetinin “Tərcümə” ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsinə yiyələnmişdir.

2008-2011-ci illərdə Gəncə Dövlət Universitetində həmin ixtisas üzrə Magistr dərəcəsi almışdır.

2008-ci ildə İngiltərənin London şəhərində “King’s school” kollecində İşgüzar İngilis Dili kurslarını yüksək səviyyə ilə bitirmişdir.

2007-ci ildə “Nurgün Motors” şirkətində Müştəri  Xidmətləri şöbəsində mütəxəssis kimi çalışmışdır.

2008-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətində  Gənclər və Könüllülər şöbəsində təlimatçı, 2009-2011-ci illərdə həmin cəmiyyətin Fövqəladə Hallara Cavabvermə və Fövqəladə Hallara Hazırlıq şöbəsində proqram meneceri ,2001-2012-ci illərdə İnformasiya və Beynəlxalq Əlaqələr şöbəsində proqram meneceri vəzifəsində çalışmışdır.

2012-2014-cu illər ərzində “Atəşgah” Sığorta Şirkətində Zərərlərin Tənzimlənməsi departamentində mütəxəssis kimi fəaliyyət göstərmişdir.

2014-2015-ci illərdə “Baku” jurnalında menecer vəzifəsində fəaliyyət göstərmişdir.

2015-ci il tarixindən Azərbaycan Respublikası  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Trans Avrasiya Super  İnformasiya Magistralı “(TASİM) layihəsinin Katibliyində ofis meneceri vəzifəsində çalışır.

Türk,rus, ingilis dillərini bilir.

yasaman.qurbanova[at]tasim.net