EuraCA

Regional telekommunikasiya tranzit marşurutunun genişləndirilməsinin inkişaf etdrilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın yaradılması məqsədilə Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının yaradılması təklifi BMT Baş Assambleyasını 21 dekabr 2012-ci il tarixli A/Res/67/194 saylı qətnaməsi ilə dəstəklənmişdir.

 

Avrasiya regionunda telekommunikasiya tranzit marşrutu üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcək Avrasiya Rabitə Alyansınınyaradılması üçün BMT-nın siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabr ayının 4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə  (A/Res/67/298). ilə bir daha yenilənmişdir.