“ARA”nın məqsədi:

  • İnternet bağlantısının sürətini və internet xidmətlərinin sayını artırmaqla bölgədə açıq informasiya cəmiyyətinin yaradılmasına töhfə;
  • Proqram təminatı və kreativ sənaye sahəsini, o cümlədən yeni İKT müəssisələrini yaratmaqla iqtisadiyyatın diversifikasiyası və rəqabətin dəstəklənməsi;
  • Ticarət və sahibkarlığın inkişafı sahəsində yeni regiondaxili və regionlararası əməkdaşlıq sahələrinin yaranmasına imkan yaratmaq;
  • İKT-nin sosial təsiri ilə bağlı kompleks məsələlərin həll edilməsi üçün Avrasiya regionunda yüksək səviyyəli siyasi dialoqu təmin edən ümumi çoxtərəfli platformanın yaradılması;
  • Ən yaxşı təcrübə mübadiləsinin ümumi kanallarının yaradılması və “EuraCA”-nın tərəfdaş ölkələrinin və təşkilatlarının təcrübəsinə əsaslanan biliyin öyrənilməsi.